Ramiz Sadıxovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkəmizdə bir çox fəaliyyət sahəsi kimi, daxili işlər orqanlarının inkişafı da daim Sizin diqqət mərkəzinizdədir. Respublikaya rəhbərlik etdiyiniz dövrdə bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması üçün böyük işlər görmüsünüz. Ömrünü cinayətkarlıqla mübarizəyə, ictimai asayişin qorunmasına həsr edən, Dağlıq Qarabağ ətrafında ermənilərin məkrli planlarının ilk günlərində sinəsini qabağa verən polislər, cəmiyyətimizin digər kateqoriyalarından olan insanlarla yanaşı, bu gün sosial qayğı ilə əhatə olunmuşlar.
Cənab Prezident, respublikada aparılan quruculuq, yenidənqurma işləri hər bir vətəndaşımızın ürəyincədir. Biz də yaradılan yüksək şəraitdən razıyıq. Bu qayğı və diqqət respublikada daxili sabitliyi, ictimai təhlükəsizliyi, bir sözlə, hər bir vətəndaşın əmin-amanlığını qorumaq vəzifəsinin icrasında da ruh yüksəkliyi yaradır.
Mən keçmiş polis işçisiyəm, 2002-ci ildən yaşa görə pensiyaya çıxmışam. Sizin qayğınız nəticəsində Arif Heydərov adına Respublika Hospitalı beynəlxalq standartlara uyğun qurulmuş, ən yeni avadanlıq, müasir diaqnostika vasitələri ilə təchiz olunmuşdur. İxtisaslı həkim heyəti bizə yüksək tibbi xidmət göstərməklə səhhətimizin keşiyində durmuşlar. Müraciətimdən sonra hospitala stasionar müalicəyə göndərildim. Həkimlərin, tibb bacılarının, texniki heyətin mənə və orada müalicə alan polis əməkdaşlarına göstərdiyi xidmətə görə minnətdarlığımı bildirirəm. Bu şəfqət, hörmət, xidmət Sizin zəhmətinizin və qayğınızın sayəsindədir. Çox sağ olun!
Hörmətlə,
Sadıxov Ramiz Dəmir oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.-0-