22 oktyabr 2019, 11:15

Cavid Əhmədovdan, Peç, Macarıstan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz uğurlu xarici və daxili siyasətiniz nəticəsində biz bu gün tam müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Dünyada onlarla dövlət var ki, onların müstəqilliyi sadəcə sözdədir. Sözdə müstəqilliyi olan xalqlar hər zaman başqalarının iradəsi altında olur və müstəqillikləri sual altına düşür. Çox əfsuslar ki, ulu öndər Heydər Əliyevdən öncəki hakimiyyət nümayəndələri bizim müstəqilliyimizi çox ciddi təhlükə altına alaraq, ölkəni xaos və vətəndaş müharibəsinə çəkdilər. Tariximizə qara ləkə gətirən həmin şəxsləri xalq heç vaxt unutmayacaq.

Siz bizə Ulu Öndərin əmanətisiniz və onun bütün dövlətçilik təcrübələrinə maliksiniz, tam azad və müstəqil ölkəmiz bunun əyani sübutudur. Beynəlxalq arenada heç bir xarici dövlətdən asılı olmayan Azərbaycanın milli maraqlarını uğurla müdafiə edirsiniz.

Balanslaşdırılmış xarici siyasət sahəsindəki təcrübəniz bir çoxlarına örnək olacaq. Bu coğrafiyada müstəqil ölkə idarə etmək üçün dərin dövlətçilik təcrübəsi lazımdır və bu səbəbdən ulu öndər Heydər Əliyev hər bir Azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaqdır. Çünki Ümummilli Lider bunu bacardı və Siz onun layiqli davamçısı olaraq ölkəmizi daha da irəli aparırsınız.

Xaricdə təhsil alan bir tələbə kimi Azərbaycanın bu gününə və sabahına böyük ümidlə baxıram. Çünki, ölkəmiz əmin əllərdədir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əhmədov Cavid İlqar oğlu, tələbə.

Macarıstan, Peç şəhəri.