Elvin Ağayevdən, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident.
Yaşadığımız Monidigah kəndinin 2,4 kilometrlik daxili yolları ötən həftə yüksək səviyyədə asfaltlandı. Kənddaxili yol olsa da, bundan 5 ərazi inzibati dairəsinin sakinləri istifadə edir. Biz bilirik ki, abadlıq-quruculuq işləri hər bir rayonda aparılır, regionlarda və kəndlərdə yeni yollar tikilir. Biz gənclər Sizin bu siyasətinizi dəstəkləyir və həmişə yanınızda olduğumuzu bildiririk.
Soçidə keçirilən nüfuzlu beynəlxalq tədbirdəki çıxışınızı da unutmuruq. İnanırıq ki, Azərbaycanın əzəli və əbədi dədə-baba torpağı olan Qarabağ Sizin uğurlu siyasətiniz nəticəsində tezliklə düşmən tapdağından azad ediləcək.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Monidigah kəndinin sakinləri adından hörmətlə,
Ağayev Elvin.
Azərbaycan Respublikası, Lerik rayonu.