21 oktyabr 2019, 12:50

Tural Vəliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınız və müdrik, dərindən düşünülmüş “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz nəinki ermənilərə, eyni zamanda, onların himayədarlarına tutarlı bir cavab kimi tarixə düşdü. Vətəndaşlarımız bir daha gördülər ki, onların Prezidenti, Ali Baş Komandanı ölkəmizin və xalqımızın mənafeyini və milli maraqlarını qətiyyətlə qoruyur.

Ağdamlı gənclər əzəli və əbədi torpaqlarımızın azad olunması istiqamətindəki siyasi fəaliyyətinizdə Sizə daha böyük uğurlar diləməklə, hər an yanınızda olduqlarını bildirirlər.

Ağdam rayon 4 saylı peşə məktəbinin tələbələri adından hörmətlə,

Vəliyev Tural.

Azərbaycan Respublikası, Ağdam rayonu.