21 oktyabr 2019, 11:00

Nəbi Məmmədli və başqalarından, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasirləşən yol infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün zəmin yaradır. Respublikanın bütün regionlarında yolların təmiri Sizin bu sahəyə nə qədər önəm verdiyinizi göstərir.

Aparılan abadlıq-quruculuq işləri respublikamızın ən ucqar kəndlərini belə əhatə edir. Yaşadığımız Qoşaqovaq kəndi rayon mərkəzindən uzaqda yerləşir. Kənd yolunun əsaslı təmir olunaraq keyfiyyətlə asfaltlanması sakinlərin gediş-gəlişlə bağlı əziyyətinə son qoydu.

Bundan başqa, yeni layihə əsasında çəkilən Yuxarı Şirvan kanalı bizim kəndin ərazisindən keçir. Layihənin icrasından sonra torpaqlarımız qrunt suyundan vaxtında azad olacaq ki, bu da məhsuldarlığın artmasına təkan verəcək.

Xalqın bütün problemlərinin həllinə göstərdiyiniz qayğı və diqqətə görə kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Məmmədli Nəbi

Əsədov Eynullah

Səlimova Zeynəb

Məmmədov Fizuli və başqaları (cəmi 31 nəfər).

Azərbaycan Respublikası, Ağdaş rayonu, Qoşaqovaq kəndi.