19 oktyabr 2019, 16:00
Qalib Zeynalovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin son çıxışlarınız bir daha sübut etdi ki, bu gün Azərbaycan Respublikasında sabitliyi heç kim poza bilməz. Azərbaycan güclü dövlətdir, xalq-iqtidar birliyi sarsılmazdır və ölkəmiz əmin addımlarla irəliləyir. Biz vətəndaşlar bununla yalnız fəxr edə bilərik. Bu müsbət amilləri gözü götürməyən, xarici havadarlarının köməyi ilə fitnə-fəsad törətmək, sabitliyi pozmaq istəyən insanları isə heç vətəndaş adlandırmağa dilimiz gəlmir.
Cənab Prezident, daim el içində olan bir insan kimi deyirəm ki, xalqımız Sizin arxanızdadır və Sizi dəstəkləyir. Buna tam əmin ola bilərsiniz. Uca Tanrı bu haqq yolunda Sizə kömək olsun.
Hörmətlə,
Zeynalov Qalib İbrahim oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.