Rauf Həsənovdan, Şəmkir, Azərbaycan
Möhtərəm cənab Prezident,
Son illərdə Sizin təşəbbüsünüz və rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən iqtisadi, o cümlədən aqrar islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafındakı uğurları şərtləndirən mühüm amillərdən birinə çevrilib. Aqrar sahədə kompleks tədbirlərin, islahatların dərinləşməsi, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi sahibkarların səmərəli fəaliyyəti üçün lazımi şəraitin yaradılmasını təmin edib. Kənd təsərrüfatının inkişafı üçün ən müasir, mütərəqqi metodların tətbiqi ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq artıq Azərbaycanda da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində XXI əsrin müasir biznes texnologiyalarından səmərəli şəkildə istifadə edilir.
Hazırda bizim “Azaqro” MMC-nin istixana kompleksində 41 nəfər, o cümlədən 23 qadın işlə təmin edilib. Rəhbərliyinizlə həyata keçirilən geniş islahatlar nəticəsində yaradılmış əlverişli biznes mühitindən faydalanaraq müəssisəmiz öz fəaliyyətini 2019-cu ildə daha da genişləndirib.
Qarşıya qoyduğumuz layihələrin uğurla icrasında Sizin sahibkarlara hərtərəfli və davamlı qayğınız, tapşırıqlarınız əsasında yaradılan dəstək mexanizmləri həlledici rol oynayıb.
Ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz yüksək diqqətə görə “Azaqro” MMC adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, bundan sonra da uğurlu inkişaf strategiyanızın reallaşmasında yaxından iştirak edəcəyimizə söz veririk.
Ölkəmizin inkişafına yönəlmiş məqsədyönlü fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Həsənov Rauf, “Azaqro” MMC-nin baş direktoru.
Azərbaycan Respublikası, Şəmkir rayonu.