19 oktyabr 2019, 10:15

Səbinə Hüseynovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Əmək haqqımızın artırılmasına görə 93 saylı poçt şöbəsinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Ölkə əhalisinin güzəranının yaxşılaşdırılması üçün gördüyünüz davamlı tədbirlər bizi çox sevindirir. Həmçinin qeyd etməyi özümə borc bilirəm ki, insanları əvvəllər narahat edən bir sıra problemlər Sizin təsdiq etdiyiniz Dövlət proqramları, infrastruktur layihələri çərçivəsində həllini tapmışdır.

Əziz Prezidentimiz, Sizə çətin və şərəfli işinizdə uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Hüseynova Səbinə Qəhrəman qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu. -0-