18 oktyabr 2019, 16:45
Ramil Bayramov və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin sosial siyasətinizi bəyənirik. Sizin Sərəncamınızla minimum aylıq əmək haqqının və pensiyaların məbləğinin artırılması bizim də böyük sevincimizə səbəb olmuşdur. Ailə büdcəmizin, maddi təminatımızın yaxşılaşdırılmasına səbəb olan bu xidmətinizə görə kollektivimiz adından Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sizi hər zaman dəstəkləyirik. Sizin və dövlətimizin hər bir göstərişini, tapşırığını layiqincə yerinə yetirməyə hazırıq.
Hörmətlə,
Bayramov Ramil Əliqulu oğlu,
Məmmədov Aqil Afət oğlu,
Qafarov Murad Mürşüd oğlu,
Allahverdiyev Asim Əli oğlu,
Səfərov Faiq İslam oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu. -0-