18 oktyabr 2019, 14:35

Rəfail Musayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin qətiyyətli, dünyanın siyasi müstəvisinə öz damğasını vuran "Qarabağ Azərbaycandır və nida işarəsi" kəlməniz bizi ruhlandırmış, düşmənə olan nifrət hissimizi daha da alovlandırmışdır.

Bildirmək istəyirik ki, işğalçı Ermənistanın baş nazirinin siyasi səriştəsizliyinin göstəricisi olan xülya dolu sözlərinə daha əhəmiyyət vermirik.

Sizi əmin edirik ki, hər an əldə silah Ali Baş Komandanımızın əmrlərini icra etməyə hazırıq!

Hörmətlə,

Musayev Rəfail

Azərbaycan Respublikası, Ağdam rayonu.