Maya Quliyevadan, Nea-Artaki, Yunanıstan
Möhtərəm cənab Prezident.
Mən milliyyətcə rusam, 50 ildən çox Azərbaycanın paytaxtı Bakı şəhərində yaşamışam. Hazırda qızımla Yunanıstanda yaşayıram. Həyat yoldaşım mərhum Rauf Quliyev Hərbi Dəniz Qüvvələrində xidmət edib, bir çox orden və medallarla təltif olunub. Atam Kosıx İvan Mixayloviç isə SSRİ Hərbi Hava Qüvvələri Ədliyyəsinin prokuroru kimi dəfələrlə orden və medallarla təltif edilib.
Keçən əsrin 90-cı illərində Qorbaçovun və Yazovun diktəsi ilə Bakıya yeridilən qoşunun sadə xalqı qırmasının, vahiməyə salmasının şahidi olmuşam. Bu, həmin Bakı idi ki, Böyük Vətən müharibəsi illərində qocalı-cavanlı, qadınlı-uşaqlı yorulmadan neft buruqlarında çalışır, Azərbaycanın bütün sərvətini, əldə etdikləri “qara qızıl”ı Qızıl Ordunun ehtiyaclarını ödəmək üçün göndərirdi. O illərdə Bakı şəhəri əsl qəhrəmanlıq meydanı idi. Fikrimcə, Bakı qəhrəman şəhər adına layiqdir. Azərbaycan xalqı Böyük Vətən müharibəsi illərində igidliklə döyüşüb. Müharibədən qayıtmayanların ailə üzvlərinin – uşaqların, ataların, anaların göz yaşı illərlə qurumadı. Bunları unutmaq, Bakı şəhərinə qoşun yeritmək xeyirxah Azərbaycan xalqının illərlə etdiyi yaxşılıqlara cavab idimi?
1990-cı illərdə mənfur ermənilərin başladığı Qarabağ müharibəsi səbəbindən gözəl Azərbaycanı tərk edən hər kəs bilirdi ki, Heydər Əliyev Moskvadan Bakıya qayıtsa, hər şeyi yoluna qoyacaq. Hamı onun yolunu gözləyirdi. Belə də oldu. Heydər Əliyev Azərbaycana qayıtdı və onu xilas etdi. İndi isə Siz onun işini ləyaqətlə davam etdirirsiniz. Azərbaycanın bu günü bizi sevindirir.
Yunanıstanda olan səfirlik işçiləri də bizi, keçmiş bakılıları unutmur, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Biz keçmiş bakılılar inanırıq ki, Sizin rəhbərliyinizlə erməni işğalına son qoyulacaq, Azərbaycan torpaqları azad ediləcəkdir.
Böyük hörmətlə,
Quliyeva Maya İvanovna.
Yunanıstan, Nea-Artaki şəhəri.