Fəxrikaman Alıyevdən, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən Alıyev Fəxrikaman Fəqani oğlu əlillərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.
Birinci və ikinci dərəcə əlilliyi olan şəxslərin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə bu il imzaladığınız Sərəncama əsasən, mən də ödənişdən azad oldum. Bu, çox humanist və təqdirəlayiq bir addımdır. Artıq ödənişli əsaslarla ali təhsil müəssisələrinə daxil olan əlil tələbələr təhsilhaqqı problemi yaşamır və öz dərslərinə daha çox diqqət ayırırlar.
Əziz Prezidentimiz, həmçinin qeyd etmək istəyirəm ki, Sizin təşəbbüsünüzlə Gənclər Fondunun yaradılması biz gənclərə böyük hədiyyədir. Yürütdüyünüz müdrik siyasətinizə, əmin-amanlıq şəraitində yaşadığımız Azərbaycanımızın inkişafına görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız, Allah Sizi qorusun!
Hörmətlə,
Alıyev Fəxrikaman Fəqani oğlu,
tələbə, I dərəcə əlil
Azərbaycan Respublikası, Gədəbəy rayonu.