14 oktyabr 2019, 18:45

Daşqın Cəbiyevdən, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı qətiyyətli çıxışınız, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləriniz işğalçı ölkəyə hər birimizin ürəyindən xəbər verən tutarlı cavab oldu.

Cənab Prezident, mən rayonumuzun bütün gəncləri adından bildirirəm ki, Sizin uğurlu dövlətçilik siyasətinizi tam dəstəkləyirik. Əminliklə deyirəm ki, torpaqlarımızın işğaldan azad olunması üçün verəcəyiniz hər bir əmrə sözsüz tabe olacaq və Sizin rəhbərliyiniz altında bir yumruq kimi birləşəcəyik.

İnanırıq ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağı azad edəcəyik.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Cəbiyev Daşqın Elçin oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.