Yavər Orucov və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Respublikamız üçün gördüyünüz işlər və apardığınız uğurlu siyasət xalqımız tərəfindən çox yüksək razılıqla qarşılanır. Xalqımızın sosial rifahının gündən-günə yaxşılaşması, yeni iş yerlərinin açılması, yaşayış binalarının, məktəb, xəstəxana və uşaq bağçalarının tikilməsi, müharibə veteranlarına və şəhid ailələrinə qayğı göstərilməsi və digər bu kimi işlər saymaqla qurtarmır. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti də danılmazdır. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən yeni məktəblər, bağçalar Azərbaycan ictimaiyyətinin böyük rəğbətinə səbəb olub.
Heydər Əliyev Fondu Azərbaycanın hər yerində olduğu kimi, Salyan rayonunda da irimiqyaslı layihələr həyata keçirir. Bu tədbirlərin davamı olaraq ötən ildən bizim Qarabağlı kəndində ikimərtəbəli 100 yerlik müasir uşaq bağçasının tikintisinə başlanılıb. Hazırda bağçada son tamamlama işləri aparılır və bu müasir bina yaxın günlərdə istifadəyə veriləcək. Balacaların zövqünə uyğun qurulan uşaq bağçası onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunub.
Çox hörmətli cənab Prezident, görülən bütün bu işlərə görə biz Qarabağlı kəndinin sakinləri Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizə güvənir və Sizin siyasətinizi dəstəkləyirik.
Kənd sakinləri adından hörmətlə,
Orucov Yavər Ağahüseyn oğlu
Həsənov Ramin Möhtərəm oğlu
Mürsəlov Vüqar Həsənqulu oğlu
Muradov Sarxan Salman oğlu
Qafarova Şahbəyim Ağaverdi qızı və başqaları (cəmi 60 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.