Aytən Həsənovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri tarixin və xalqımızn yaddaşına əbədi həkk olundu. “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınızda ermənilərə tutarlı cavab verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qoy, ermənilər də bu sözləri heç vaxt unutmasınlar. Onsuz da dünya ictimaiyyəti əsl həqiqətin nədən ibarət olduğunu yaxşı bilir. Bədnam qonşumuz uydurma və cəfəng bəyanatlar səsləndirməklə yalnız və yalnız özünü gülünc vəziyyətə salır. Beynəlxalq tədbirdə işlətdiyiniz ifadə hesab edirəm ki, elə düşmənə bu baxımdan güclü bir sillə oldu.
Cənab Prezident, böyük Qələbə uğrunda mübarizədə Sizə və xalqımıza uğurlar arzu edirəm.
Hörmətlə,
Həsənova Aytən Nadir qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.