Tələt Alxasov və başqalarından, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkəmiz ulu öndər Heydər Əliyevin və Sizin rəhbərliyiniz dövründə hərtərəfli inkişaf edib. İqtisadiyyatımız gündən-günə güclənməkdədir.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Ağdaşda da böyük dəyişikliklər baş verib. Xüsusilə qeyd etmək istəyirəm ki, kənd əhalisinin qayğısına qalmağınız, onlara lazımi şərait yaratmağınız çox sevindiricidir. Sizin tapşırığınıza uyğun olaraq kəndimizə yeni asfalt yol çəkilib, həmçinin kəndin elektrik sistemi yenilənib.
Hörmətli cənab Prezident, bu diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Allah köməyiniz olsun.
Hörmətlə,
Alxasov Tələt Famil oğlu
Ədilov Elxan Şirxan oğlu
Alxasov Mehman Famil oğlu
Cəbrayılov Sədiyar Nuru oğlu
Qasımov Asif Mehman oğlu və başqaları (cəmi 10 nəfər).
Azərbaycan Respublikası, Ağdaş rayonu, Qulbəndə kəndi.