08 oktyabr 2019, 15:00
Fazil Ellazovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Sərəncamınızla “Əməkdar müəllim” fəxri adına layiq görülənlərdən biri də mənəm. Təhsilimizə, müəllimlərə göstərdiyiniz qayğıya və diqqətə, əməyimizi yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizin yürütdüyünüz xarici və daxili siyasəti dəstəkləyir, ölkəmizin abadlaşdırılması, xalqımızın rifahı, gələcəyimizin daha parlaq olması istiqamətində işlərinizə kömək məqsədilə savadlı və vətənpərvər gənclərin hazırlanmasında daha səylə çalışacağımıza söz veririk.
Hörmətlə,
Ellazov Fazil Cavad oğlu, Azərbaycan dili və ədəbiyyat müəllimi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.