05 oktyabr 2019, 13:15

Nail Rəsulovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan xalqının və türk millətinin milli mənafeyini hər zaman yüksək tribunalardan müdafiə etməyiniz, haqq səsimizi dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmağınız bizi fərəhləndirir. Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışınızdan təsirlənib Sizə minnətdarlıq etməyi bir vətəndaş kimi özümə borc bildim.

Bəli, Dağlıq Qarabağ Azərbaycanındır! Ermənistan baş nazirinin reallıqdan uzaq və heç bir məntiqə sığmayan yersiz bəyanatı ciddi qəbul oluna bilməz. Çünki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlar tərəfindən tanınır və dəstəklənir.

Təşəkkürlər Sizə, cənab Prezident. Bir azərbaycanlı olaraq Sizinlə fəxr edirəm.

Hörmətlə,

Rəsulov Nail İsabala oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.