Sulduz Abdullayev və başqalarından, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin kənd yollarının tikintisi və əsaslı təmiri ilə bağlı verdiyiniz tapşırıqlar, imzaladığınız sərəncamlar kəndlərin inkişafına, abadlaşmasına böyük təkan vermişdir. Yol problemi bir çox kəndlərin əhalisi kimi, bizi də vaxtilə çox narahat edirdi. Ancaq, indi bizim kəndin çox rahat və abad yolu vardır. Əlbəttə ki, Sizin sayənizdə. Həm ətraf kəndlərə, şəhər və rayonlara rahat gedib-gələ bilirik, həm də gözlənilməz hal yarananda əvvəlki kimi əziyyət çəkmirik. Bir sözlə, yeni yol kəndimiz üçün geniş imkanlar açmışdır.
Əziz Prezidentimiz, Siz bizi böyük arzumuza çatdırdınız. Yolunuz hər zaman işıqlı, işləriniz avand olsun. Allah Sizin nəzərlərinizi başımızın üstündən əskik etməsin.
Hörmətlə,
Abdullayev Sulduz Rəvvaq oğlu,
Nəzərov Qurban Əminağa oğlu,
Cəfərov Cəsarət Bəxtiyar oğlu,
Mirzəyev Sultan Mirzəcan oğlu,
Nəzərov Hafiz Əminağa oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.