01 oktyabr 2019, 12:05

Rövşən Kazımovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin qayğınız nəticəsində məcburi köçkün ailəmiz evlə təmin olunmuşdur. Bizim üçün bunun dəyəri çox böyükdür. Çünki, evsiz-eşiksiz yaşamağın nə qədər ağır və çətin olduğunu çox yaxşı bilirik. Məcburi köçkünlərin ev və mənzillə təmin edilməsi çox təqdirəlayiq və savab bir işdir. Ulu Tanrı bunun qarşılığını Sizə və dövlətimizə artıqlaması ilə qismət etsin.

Cənab Prezident, həm öz adımdan, həm də ailəmiz adından Sizə dərin təşəkkürümü bildirirəm. Həyatınız daim firavan, ömrünüz uzun olsun.

Hörmətlə,

Kazımov Rövşən Fəqan oğlu

Ağdamlı məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi.