01 oktyabr 2019, 12:00
Aydın İbrahimovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Sizin ailənizə hər zaman yüksək hörmət və ehtiramımı bildirmişəm. Allah Ümummilli Liderimizə rəhmət etsin. Onun siyasətini bu gün Sizin ləyaqətlə davam etdirməniz mənim üçün çox sevindiricidir.
Mən və tələbələrim Sizin Azərbaycan idman tarixi üçün atdığınız önəmli addımları dəstəkləyirik. Mənə ayırdığınız təqaüdə görə isə Sizə şəxsən minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İbrahimov Aydın Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.