Rauf Məmmədov və Kəmalə Məmmədovadan, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan vətəndaşları bu gün haqlı olaraq öz ölkələri ilə fəxr edirlər. Əhalini narahat edən problemlər aradan qaldırılır, qayğılı, keşməkeşli günlər öz yerini firavan həyata verir. Göyçaylılar da bu müsbət dəyişiklikləri görüb-yaşayan və qiymətləndirən insanlardır. Göyçay şəhərində yerləşən yaşayış binalarının həyətlərində, şəhərin bütün küçə və prospektlərində təmizlik, səliqə-səhman işləri geniş vüsət almışdır. Bu, bizi çox sevindirir.
Respublikamızın hər yerində olduğu kimi, bizim rayonda da görülən işlərə görə biz göyçaylılar Sizə öz dərin təşəkkürümüzü bildiririk. Siz Azərbaycana yeniliklər, inkişaf və sivil cəmiyyət bəxş etmisiniz. Biz vətəndaşlar da öz növbəmizdə Sizin adınızı hər zaman uca tutur və Sizinlə fəxr edirik. Azərbaycanın daha da inkişafı yolunda Sizə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədov Rauf,
Məmmədova Kəmalə.
Azərbaycan Respublikası, Göyçay rayonu.