30 sentyabr 2019, 11:40

Elşən Məmmədov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Tərtər rayonunun Hüsənli kəndinin sakinləriyik. Bu məktub vasitəsilə kəndimizdə görülən işlərdən razılığımızı bildirmək istəyirik. Sizin respublikanın regionlarına ayırdığınız diqqət sayəsində kəndimizin yoluna hazırda asfalt örtüyü çəkilir. Böyük qürur hissi ilə bildiririk ki, fasiləsiz işığımız, təbii qazımız, suyumuz, bir sözlə hər cür şəraitimiz var.

Bütün bunlara görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Dərin ehtiram və hörmət hissi ilə,

Məmmədov Elşən,

Abbasov Faiq,

Hüseynov Məhəmməd,

Məmmədov Səfər,

Bayramov Musa,

Məmmədov Şahmurad.

Azərbaycan Respublikası, Tərtər rayonu, Hüsənli kəndi.