Yeganə Ağayeva və başqalarından, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə respublikamız çoxsaylı uğurlara imza atmaqla sürətli iqtisadi inkişafa nail olmuş, beynəlxalq səviyyədə böyük nüfuz qazanmışdır. Ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilmiş, şəhər və kəndlərimiz abadlaşdırılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
Sizin Sərəncamınızla qədim Basqal qəsəbəsində hər cür şəraiti olan 432 şagird yerlik müasir məktəb binası tikilib istifadəyə verilib. Bununla Siz basqallılara yeni həyat bəxş etmişiniz! Hər bir müəllim, şagird, valideyn Sizə dərin minnətdarlığını bildirir, şərəfli ünvanınıza alqışlar deyir. Sizə möhkəm cansağlığı və xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Tanrı Sizi və Azərbaycanımızı qorusun!
Basqal qəsəbəsində yaşayan müəllimlər, valideynlər və şagirdlər adından dərin hörmət və böyük ehtiramla,
Yeganə Ağayeva,
Miryavər Hüseynov,
Məlakə Rəcəbova,
Ramizə İsgəndərova,
Rayihə Hüseynova
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.