Elçin İmaməliyevdən, Masallı, Azərbaycan
Möhtərəm Prezident cənab İlham Əliyev, çox hörmətli Mehriban xanım.
Sizin məqsədyönlü siyasətinizin nəticəsində doğma Azərbaycanımız günbəgün inkişaf edir, gözəlləşir, xalqımızın rifahı yaxşılaşır. Bu siyasətin bəhrələri bölgələrdə də özünü göstərir. Yaşadığım Masallı rayonunda bunun canlı şahidiyik. Rayonumuzun iqtisadiyyatı dirçəlir, kənd təsərrüfatının yeni sahələri yaradılır, əhalinin məşğuliyyəti təmin olunur.
Mən Masallının kiçik bir kəndində yaşayıram. Yaxın vaxtlarda kəndimizdə ikimərtəbəli yaraşıqlı təhsil ocağı tikilib istifadəyə verilib. Sizin sərəncamınızla Miyanku-Türkoba-Şatıroba yolunun asfaltlaşdırılması sakinlərin fərəhinə səbəb olub. Ölkəmizdə sahibkarlığa göstərilən qayğı mənim kimi əməksevərlərə geniş meydan açıb. Hazırda əkinçiliklə məşğul oluram, mal-qara saxlayıram. Dolanışığımız da getdikcə yaxşılaşır.
Cənab Prezident, xalqımızın rifahı naminə apardığınız siyasət hamımızın ürəyindəndir. Sizi həmişə dəstəkləyirik, ətrafınızda sıx birləşmişik. Kəndimizin bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Xalqımızın daha firavanlığı naminə Allah Sizi qorusun. Amin.
Hörmətlə,
İmaməliyev Elçin Məmmədağa oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Şatıroba kəndi.