25 sentyabr 2019, 18:30

Fazil Vasilov və Nuraniya Zinnatullinadan, Rusiya

Çox hörmətli cənab Prezident.

Biz Rusiyadan qonağıq. Dost və qardaş Rusiya xalqı adından Sizi salamlayırıq. Biz Azərbaycana bacımıza baş çəkməyə gəlmişik. O, 38 ildir ki, Cəlilabad rayonunun Kövüzbulaq kəndində yaşayır.

Ölkənizin inkişafı və çiçəklənməsi təyyarədən enən andan hiss olunur. Biz Bakıda, Cəlilabadda, Lənkəranda olduq, yüksək səviyyəli yollar, yeni tikililər, gözəl parklar gördük, bütün bunlara heyran qaldıq. Ümummilli lider Heydər Əliyevin davamçısı olaraq Sizin rəhbərliyiniz altında Azərbaycan iri addımlarla addımlayır və çiçəklənir.

Cənab Prezident, xalq Sizi çox sevir. Yaxşı sosial təminata görə Sizə minnətdardırlar. İnsanlar necə mehriban və qonaqpərvərdirlər. Biz gəldiyimizə görə çox şad olduq.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə “çox sağ olun!” deyirik.

Hörmətlə,

Vasilov Fazil Vasiloviç

Zinnatullina Nuraniya Vasilovna

Rusiya Federasiyasının Azərbaycanda qonaq olan vətəndaşları.