Nasif Qədirov və başqalarından, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz Ağdaş rayonunun Qolqəti kəndinin sakinləri olaraq Sizə bu məktubu yazmağı özümüzə borc bildik. Çünki, son illərdə kəndimizdə dövlət tərəfindən sosial obyektlərin tikilməsi, qaz xəttinin çəkilməsi, uzun illər arzusunda olduğumuz kənd yolunun asfaltlaşdırılması bizə böyük sevinc bəxş etmişdir.
Qolqəti kənd əhalisi Sizin siyasətinizi daim bəyənir və dəstəkləyir. Ölkəmizdə gördüyünüz işlər göz qabağındadır. Yeni-yeni məktəb və bağçaların, istehsal müəssisələrinin, iş yerlərinin açılması və digər işlərin görülməsi son illər ölkəmizi iqtisadi baxımdan dünyada ön sıralara çıxarmışdır. Artıq elə bir rayonumuz yoxdur ki, abadlaşmasın.
Kəndimizin ziyalıları və digər sakinləri adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə müvəffəqiyyətlər, cansağlığı arzu edirik.
Hörmətlə,
Qədirov Nasif Ağahüseyn oğlu,
Səmədov Nahid Vahid oğlu,
Salehov Taleh Mirsaleh oğlu,
Məmmədov Mayıs Əyyub oğlu,
Abdullayev Əliağa Abdulla oğlu və başqaları (cəmi 20 nəfər).
Azərbaycan Respublikası, Ağdaş rayonu, Qolqəti kəndi.