Yusif Yusifov və başqalarından, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin siyasətinizə uyğun olaraq respublikanın regionlarında abadlıq-quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsi həyatımızı gündən-günə firavanlaşdırır.
Göyçay aqrar rayon olduğundan burada suvarma və kollektor-drenaj sistemlərinin normal vəziyyətdə olması çox vacibdir. Bizim Bəydövül kəndinin ərazisində yerləşən kollektorun 7 kilometr uzunluğunda hissəsinin bir müddət əvvəl lil və çöküntülərdən təmizlənməsi işimizi xeyli yaxşılaşdırmışdır.
Cənab Prezident, biz belə işləri insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlədən biri kimi dəyərləndirir və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Yusifov Yusif Ramiz oğlu,
Məmmədov Qurban Məmməd oğlu,
Umudov Fizuli Süleyman oğlu,
Babayev Mənsur Asif oğlu,
Səlimov Qismət Məhəmmədəli oğlu və başqaları.
Azərbaycan Respublikası, Göyçay rayonu, Bəydövül kəndi.