24 sentyabr 2019, 16:40
Emin Bağırovdan, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Neftçala rayonunun Astanlı kəndinə qaz xəttinin çəkilməsinə görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.
Bir neçə gün bundan əvvəl kəndimizə təbii qazın verilməsi əsl bayram əhval-ruhiyəsi ilə qarşılandı. Əvvəlki illərdə məişət işlərində odundan və yanacaqdan istifadə edirdik ki, bu da bizə həm çətinlik yaradır, həm də əlavə xərc bahasına başa gəlirdi. Təbii qazla təmin olunmağımız onu deməyə əsas verir ki, qarşıdakı payız-qış mövsümü bizim üçün rahat keçəcəkdir.
Cənab Prezident, çox sağ olun. Allah işlərinizi avand eləsin!
Hörmətlə,
Bağırov Emin Kərim oğlu
Azərbaycan Respublikası, Neftçala rayonu, Astanlı kəndi.