24 sentyabr 2019, 16:30

Səliməxanım Cəbiyevadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab İlham Əliyev.

Suraxanı rayonu Bülbülə qəsəbəsində vaxtilə təhsil aldığım 208 saylı tam orta məktəb binasının gözəl təmir olunmasına görə Sizə öz adımdan və ailə üzvlərim adından təşəkkür edirəm.

Ölkəmizin digər yerlərində uşaqlar üçün yeni məktəblər tikilib istifadəyə verildiyini görüb-eşidəndə deyirdik ki, Əziz Prezidentimiz bizim qəsəbənin də məktəbini yeniləyəcək. Siz bizə böyük hədiyyə bəxş etmiş oldunuz.

Mən özüm yaşlı qadınam. Müharibə illərində çox şəraitsiz bir məktəbdə təhsil almışam. İndiki dövrdə şagirdlər üçün yaradılan şərait məni çox sevindirir. Biz gənc nəslə də bunu deyir, onlar üçün yaradılan bu şəraitdən faydalanmalarını və dərslərinə daha məsuliyyətlə yanaşmalarını tövsiyə edirik.

Çox sağ olun, cənab Prezident! Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Cəbiyeva Səliməxanım Xası qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.