24 sentyabr 2019, 12:50

Rüstəm Babayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunun Gəraybəyli kəndində Heydər Əliyev Fondunun xətti ilə inşa olunmuş müasir məktəb binasının istifadəyə verilməsi hər bir ailənin, şagird və müəllim heyətinin böyük sevincinə səbəb olmuşdur. Bu, bizim üçün əlamətdar bir hadisədir. Ucqar kəndlərdə belə məktəb binalarının tikilməsi onu göstərir ki, Siz hər Azərbaycan vətəndaşının yanındasınız.

Sizin təhsilə göstərdiyiniz diqqət Azərbaycanın sabahı, gələcəyi olan gənclərin sağlam mühitdə formalaşmasına, təhsil almasına və inkişaf etməsinə zəmin yaradır, onların inamını daha da artırır.

Möhtərəm cənab Prezident, Sizə ürəkdən təşəkkür edir, cansağlığı, uzun ömür və Azərbaycanımızın gələcəyi naminə apardığınız müdrik fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Babayev Rüstəm Ağamurad oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Gəraybəyli kəndi.