23 sentyabr 2019, 16:50

Natalya Dadaşovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim əməyimi yüksək qiymətləndirdiyinizə və “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Böyük Üzeyir Hacıbəylinin adı ilə bağlı Milli Musiqi Günündə təltif olunmağım barədə aldığım xəbər məni çox həyəcanlandırdı və sevindirdi.

Bundan sonra da Azərbaycan musiqi mədəniyyəti naminə yorulmadan çalışacağıma söz verirəm. Sizə möhkəm cansağlığı və dövlətimiz naminə fəaliyyətimizdə daim uğurlar diləyirəm.

Dərin hörmətlə,

Natalya Dadaşova

Musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri, Bakıxanov qəsəbəsi.