11 sentyabr 2019, 12:15

Ziyadxan Əliyevdən, Goranboy, Azərbaycan

Möhtərəm Prezident, cənab İlham Əliyev.

İlk növbədə, əvvəl yazdığım müraciətimin ətraflı cavablandırılmasına və problemimizin aradan qaldırılmasına görə Sizə ailəm adından dərin minnətdarlığımı bildirirəm.

Qarabağ müharibəsi veteranlarına və onların ailələrinə, habelə gənclərə göstərdiyiniz diqqət və qayğı hər birimizi ruhlandırır, gələcəyə səsləyir. Bu diqqət və qayğınıza görə bir Azərbaycan gənci kimi dövlətimizin və millətimizin qulluğunda dayanmağa, Sizin əmrlərinizə müsəlləh əsgər kimi müntəzir olmağa hər zaman hazıram.

Var olsun dövlətimiz, millətimiz və Prezidentimiz. Rəhbərlik etdiyiniz ölkəmiz daim qüvvətli və inkişaf edən olsun. Bir daha Sizə ürəkdən təşəkkür edirəm.

Hörmətlə,

Əliyev Ziyadxan Nüsrəd oğlu

Azərbaycan Respublikası, Goranboy rayonu, Səfikürd kəndi.