09 sentyabr 2019, 11:45

Bəxtiyar Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətənimiz Azərbaycanın inkişafı yolunda çəkdiyiniz zəhmətə, Vətən uğrunda şücaət göstərən insanları diqqətdə saxladığınıza görə Sizə böyük ehtiramla təşəkkürümü bildirirəm.

Mən 1993-cü ilin dekabr ayında ölkəmizin ərazi bütövlüyü uğrunda yağı düşmənə qarşı gedən döyüşlərin birində yaralanmışam. O gündən mütəmadi olaraq müalicə olunuram. Xəstəliyimlə əlaqədar mənə əlillik qrupu təyin edilmişdir. Bu, maddi təminatımıza mühüm töhfədir.

Möhtərəm Prezident, çox sağ olun, var olun. Allah Sizin kölgənizi heç zaman başımızın üzərindən əskik etməsin. Allah Sizə və ailənizə uzun ömür, cansağlığı və hər zaman firavan həyat qismət etsin.

Hörmətlə,

Ağayev Bəxtiyar Azadxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi.