06 sentyabr 2019, 11:30

Natiq Məmmədov və başqalarından, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətinizin nəticəsidir ki, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər insanların yaşayışına öz müsbət təsirini göstərməkdədir. Ünvanlı sosial yardımların təyin olunması, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi, sosial müavinətlərin və təqaüdlərin artırılması dediklərimizi təsdiqləyir. Sevindirici haldır ki, dövlətimiz uşaqları da yaddan çıxarmır. Hacıqabul rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzinin yaradılması da uşaqlara göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Bizim övladlarımız həmin mərkəzdə yaradılmış gözəl şəraitdən, xidmətlərdən yararlanmaqdadırlar.

Əziz və hörmətli cənab Prezident, övladlarımıza və aztəminatlı ailələrə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cansağlığı Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi istiqamətindəki fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Məmmədov Natiq Feyruz oğlu,

Dəmirov Üzeyir Nazim oğlu,

Bədirov İlkin Məmmədağa oğlu,

İmanov Asim Rahil oğlu,

Mehtiyeva Zülfiyyə Nazim qızı.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.