04 sentyabr 2019, 16:00

Fərhad Əliyevdən, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sizin dövlətimiz və xalqımız qarşısında göstərdiyiniz xidmət hər birimizin gözləri önündədir. Hər bir vicdanlı və vətənpərvər azərbaycanlı bu xidməti, xalqa göstərilən qayğını yüksək qiymətləndirir. Sizin dediyiniz “Bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır” sözləriniz bizim üçün unudulmazdır.

Biz əlillərə göstərdiyiniz qayğı da məqsədyönlü sosial siyasətinizin bariz nümunəsidir. Son zamanlar verdiyiniz sərəncamlar biz əlilləri həyata daha da ruhlandırır. Pensiyaların, təqaüdlərin artırılması dolanışığımızı xeyli yaxşılaşdırıb.

Odur ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Əliyev Fərhad Cəlil oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Maşadqanlı kəndi.