Eyyub Həsənovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olaraq öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirir və təşəkkür edirəm.
Sizinlə birlikdə eyni xalqın nümayəndəsi olduğum üçün özümü xoşbəxt sayır, bununla fəxr edirəm. Bu gün Azərbaycan Ordusu öz gücünə görə dünyada tanınır. Aprel döyüşləri bunu bir daha sübut etdi. Mənfur düşmənimiz olan ermənilərə mesaj olaraq bildirildi ki, sizin qarşınızda qüdrətli Azərbaycan Ordusu durur və onun İlham Əliyev kimi Ali Baş Komandanı var. Bunun sayəsində biz işğal olunmuş torpaqlarımıza qayıdacağımıza əminik.
Şəhərlərimiz, rayonlarımız gündən-günə abadlaşır, gözəlləşir. Ən ucqar dağ kəndlərinə asfalt yollar çəkilir. Problemli kreditlər başqa ölkələrlə müqayisədə daha yaxşı şəkildə həll olundu.
Hörmətli cənab Prezident, mən böyük Yaradandan arzu edirəm ki, Sizin kölgənizi Azərbaycan xalqının üzərindən əskik etməsin. Allah Sizi qorusun. Sizə hər zaman cansağlığı qismət eləsin.
Hörmətlə,
Həsənov Eyyub Abuzər oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.