03 sentyabr 2019, 14:00

Xaləddin Məmmədov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Məlum olduğu kimi, mənfur qonşularımız ermənilər Sərsəng su anbarından gələn suyun qarşısını kəsdikləri üçün kənd təsərrüfatı məhsullarının becərilməsi dövründə tərtərlilər suvarmada çətinlik çəkirlər. Bu il Sizin Sərəncamınızla rayonumuzda 13 yeni subartezian quyusu qazılıb istifadəyə verildi. Bu, suvarmada olan çətinliyimizin nisbətən aradan qaldırılmasına kömək etdi, bol məhsul götürəcəyimizə əsaslı zəmin yaratdı. İndi biz fermerlər işimizə daha ürəklə və həvəslə yanaşırıq. Tarlalardan əvvəlki illərlə müqayisədə daha çox məhsul toplayacağımıza ümidliyik.

Cənab Prezident, biz fermerlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Xaləddin

Məmmədov Sahib

Məmmədov Sabir

Məmmədov İmran.

Azərbaycan Respublikası, Tərtər rayonu.