02 sentyabr 2019, 17:00

Qədir Allahverdiyev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Rayonumuzda xalça istehsalı emalatxanasının tikintisi başa çatıb. Hazırda Olimpiya İdman Kompleksi, dövlət rəmzləri muzeyi, rayon icra hakimiyyəti üçün yeni inzibati bina tikilir, yaşıllıq zolaqları salınır, avtomobil yolları və küçələr təmir edilir.

Düşmənlə üz-üzə, göz-gözə qurub-yaradan, abadlıq işləri aparan tərtərlilər gördükləri işlərlə, məcburi köçkünlər üçün salınan qəsəbədə ucalan binalarla onlara mənəvi zərbə vurur. Hər evdə, hər ocaqda yanan işıq düşmənin gözünə ox kimi batır.

Möhtərəm cənab Prezident, bu firavan həyatı bizə bəxş edən Sizsiniz. Biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və bayrağımızı daim uca etsin.

Hörmətlə,

Allahverdiyev Qədir,

Həsənova Sofya,

Qayıbova Təranə,

Almuradov İman,

Svetlana Bağırova.

Azərbaycan Respublikası, Tərtər rayonu.