İradə İmanbəylidən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən bu il Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə mənzil sahibi olmuşam. Ailəliklə yeni mənzil sevincini yaşadığımız bu günlərdə bizə bu səadəti bəxş etdiyiniz üçün Sizə təşəkkür edirəm. Sizin təşəbbüsünüzlə həyata keçirilən güzəştli mənzil layihəsi yüzlərlə gənci ev sahibi olmaq arzusuna çatdırıb. İndi Yasamal Yaşayış Kompleksində gənc ailələr yeni həyatlarına böyük ruh yüksəkliyi ilə başlayırlar.
Hər birimiz ölkəmizin inkişafına töhfə vermək, işimizdə daha məhsuldar olmaq arzusundayıq. Bizə göstərdiyiniz bu qayğı sosial mənzillərdə böyüyəcək uşaqlar, məktəblilər və digər gənclər üçün də böyük bir stimuldur. Onlar da gələcək həyatlarının, sosial rifahlarının Sizin diqqətinizdə olduğuna əmindirlər. Bir daha Sizə minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İmanbəyli İradə Loğman qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.