Təranə Həsənovadan, Şəmkir, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkəmizdə sosial məsələlərə diqqətlə yanaşılması və onların həlli üçün lazımi tədbirlərin görülməsi hər birimizi məmnun edir. Son dövrlərdə sosial müavinətlərin və pensiyaların məbləğinin əhəmiyyətli dərəcədə artırılması insanların maddi vəziyyətinin yaxşılaşmasına mühüm töhfə oldu. Həmçinin əlil insanların zəruri avadanlıqlarla təmin olunması, onlara qayğı göstərilməsi dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Mənim bacım birinci qrup əlildir. O, bu yaxınlarda yeni əlil arabası ilə təmin olundu. Bu, bizi çox sevindirdi.
Cənab Prezident, buna görə həm öz adımdan, həm də bacımın adından Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
Hörmətlə,
Həsənova Təranə Elxan qızı.
Azərbaycan Respublikası, Şəmkir rayonu, Tatarlı kəndi.