31 avqust 2019, 12:00

Qədir Hüseynov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Tərtər rayonunun sərhəd kəndi olan Borsunluda yaşayırıq. Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Problemlərimiz ardıcıl şəkildə həll edilməkdədir.

Uzun illər idi ki, kəndimizin yolu bərbad vəziyyətdə idi. Sarov-Borsunlu yolunun çəkilişi bizi böyük qayğılardan xilas etdi. Əvvəllər əziyyətlə getdiyimiz yolu indi 15 dəqiqəyə rahatlıqla qət edirik. Qaz, su, işıq problemimiz də yoxdur.

Cənab Prezident, bütün bunlara görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Hüseynov Qədir

Orucov İlqar

Əsgərov Nurəddin

Tağıyeva Şəhla

Əliyeva Xırdaxanım.

Azərbaycan Respublikası, Tərtər rayonu, Borsunlu kəndi.