Vaqif Hüseynovdan, Mingəçevir, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizin məqsədyönlü fəaliyyətiniz və regionlara qayğınız sayəsində bu gün Mingəçevir gözəl bir şəhərə çevrilib. Şəhərimizin ümumi siması yenilənməklə yanaşı, sakinləri narahat edən bir çox problemlər də həllini tapıb. Küçə və yollar, yaşayış binaları əsaslı təmir edilib, insanların rahat və firavan yaşayışı üçün parklar, yaşıllıqlar salınıb, su və kanalizasiya, işıqlandırma sistemləri qurulub. Həm ahıl insanların, həm də uşaqların asudə vaxtlarını səmərəli və mənalı keçirmələri üçün parklarda müxtəlif guşələr yaradılıb, attraksionlar quraşdırılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, parklarda yaradılan əyləncə yerləri uşaqların böyük sevincinə səbəb olub.
İndi biz gözəl şəhərimizlə fəxr edir, bütün bu işlərin memarına – Sizə əhsən deyirik. Çünki danılmaz həqiqətdir ki, bizim yurdumuz heç vaxt indiki kimi belə abad və yaraşıqlı olmayıb. Eyni zamanda demək istəyirəm ki, şəhər sakinlərinin işsizlik problemi tədricən aradan qaldırılmaqdadır. Yaradılan yeni müəssisələr, açılan iş yerləri buna əvəzsiz töhfədir. Bu işlər düşünülmüş və məqsədyönlü siyasətin, əməli tədbirlərin nəticələridir.
Əziz Prezidentimiz, xalqımız Sizi çox sevir və Sizinlə fəxr edir. Yaşasın, demokratik, müasir Azərbaycan Respublikası və onun müdrik, uzaqgörən Prezidenti cənab İlham Əliyev.
Hörmətlə,
Hüseynov Vaqif Soltan oğlu, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.