30 avqust 2019, 12:30

Vahid Sadıqovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi Cəlilabad rayonunun bütün təhsil işçiləri adından səmimi qəlbdən salamlayır, Sizə bu şərəfli və çətin fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.

Sizin təhsil sahəsinə göstərdiyiniz qayğı danılmaz bir həqiqətdir. Bu sahədə çalışan bir gənc olaraq mən bunu görür, qazanılan uğurlara görə Sizə minnətdarlığımı bildirməkdən şərəf duyuram. Cəlilabadın bütün təhsil işçiləri adından Sizi əmin etmək istəyirəm ki, təhsil sahəsində daha böyük uğurlara imza atmaq üçün bundan sonra da əlimizdən gələni edəcəyik.

Dərin hörmətlə,

Sadıqov Vahid Mirdamət oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.