30 avqust 2019, 12:00

Murad Əliyevdən, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Oğuz rayonunun Calut kəndinin sakinlərinin istək və arzularını nəzərə alaraq, Calut kəndi ilə rayon mərkəzi arasındakı məsafənin qısaldılması məqsədilə yeni avtomobil yolunun tikintisinin növbəti il üçün nəzərdə tutulması bizi hədsiz dərəcədə sevindirən çox xoş xəbər oldu. Allah Sizi ailənizlə birlikdə daim sevindirsin və ucaltsın.

Hörmətli cənab Prezident, Calut əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin mindən çox sakini adından Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, ölkəmizin tərəqqisi və inkişafı naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayırıq. Ulu Tanrı Sizi, Mehriban xanım Əliyevanı və bütün ailə üzvlərinizi qorusun. Allah-Taalanın xeyir qapıları daim üzünüzə açıq olsun.

Calut kənd sakinləri adından dərin hörmətlə,

Əliyev Murad.

Azərbaycan Respublikası, Oğuz rayonu.