27 avqust 2019, 17:00
Şəfi İbrahimovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Uzun müddət idi ki, yaşadığımız ərazidə yollar yaxşı vəziyyətdə deyildi. Yağışlı havalarda insanlar xeyli çətinliklərlə üzləşirdilər. Sakinlərin xahişini nəzərə alaraq, Sizin tapşırığınız və Sərəncamınız əsasında Hövsan və Binə qəsəbələri arasındakı yola asfalt örtüyün çəkilməsi hər kəsi sevindirdi.
Çox hörmətli cənab Prezident, el arasında “Hövsan südçülük sovxozu” kimi tanınan yaşayış massivinin çoxsaylı sakinləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz hər zaman Sizin siyasətinizi dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Xalq gördüyünə dəyər verir və Sizə güvənir.
Hörmətlə,
İbrahimov Şəfi Mehdi oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.