Rauf Məhəmmədov və başqalarından, İsmayıllı, Azərbaycan
Çox hörmətli cənab Prezident.
İsmayıllı rayonunun Maçaxı kəndinə çəkilən yeni asfalt yola görə kəndimizin bütün sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. Ulu öndərimiz Heydər Əliyevin vaxtilə söylədiyi bu müdrik sözlər yolun insan həyatındakı rolunu çox gözəl təcəssüm etdirir. Biz də inanırıq ki, yeni yolun tikintisindən sonra kəndimiz həm iqtisadi baxımdan inkişaf edəcək, həm də bir çox sahələrdə mədəni yüksəlişə, tərəqqiyə nail olunacaqdır.
Ulu Tanrı Sizə hər zaman kömək olsun, yolunuza işıq salsın.
Dərin hörmət və ehtiramla,
Məhəmmədov Rauf Mustafa oğlu
Yusifov Rövşən Mustafa oğlu
Yusifova Atlas Hümmət qızı
Yusifov Ramil Rövşən oğlu
Məhəmmədova Bəsirə Abdul qızı.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Maçaxı kəndi.