Fizuli Seyidov və başqalarından, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin bütün bölgələri inkişaf edir, regionlarda abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Siz regionlara səfərlər edərək bölgələrin inkişafı üçün yeni sərəncamlar imzalayırsınız.
Göyçay rayonunun 4 kəndinin əhalisinin intensiv istifadə etdiyi Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun uzun illərdən sonra əsaslı təmiri biz sakinlərin böyük sevincinə səbəb oldu.
Cənab Prezident, biz bu layihəni insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən biri kimi dəyərləndirir və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Daxili və xarici siyasətinizin həyata keçirilməsində bundan sonra da Sizinlə həmişə həmrəylik nümayiş etdirəcəyik. Sizə bu çətin və şərəfli işinizdə yeni-yeni uğurlar, uzun ömür və cansağlığı arzu edirik. Allah Sizi qorusun.
Hörmətlə,
Seyidov Fizuli Ağacan oğlu
İsmayılov Nazir Bədir oğlu
Kərimov Ehsan Surxay oğlu
Əliyev Habil Sabir oğlu
Həmidova Hökumə Ağası qızı və başqaları (cəmi: 15 nəfər).
Azərbaycan Respublikası, Göyçay rayonu.