24 avqust 2019, 13:15

Gülzar Ocaqverdiyevadan, Goranboy, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, əkin sahələrinin suvarılması məqsədilə Goranboy rayonunun 45 yaşayış məntəqəsində subartezian quyularının qazılmasının nəzərdə tutulması biz goranboyluları çox sevindirdi.

Mən Sizə goranboylular adından dərin minnətdarlığımızı çatdırıram. Çünki uzun illər idi ki, rayon sakinləri suvarma suyu sarıdan əziyyət çəkirdi. Biz kənd camaatına su lazımdır ki, torpağımızı əkək, suvaraq, becərək və ailəmizi saxlayaq. Ümummilli liderimiz Heydər Əliyev xalqa pay torpaqları verdi, Siz də hər cür şərait yaradırsınız ki, o torpaqları əkib-becərək. Buna görə çox sağ olun.

Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Ulu Tanrı Sizi dövlətimizin başından əskik etməsin.

Hörmətlə,

Ocaqverdiyeva Gülzar.

Azərbaycan Respublikası, Goranboy rayonu, Tatarlı kəndi.