24 avqust 2019, 13:00
Fariz Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident İlham Əliyev.
Hər bir vətənpərvər azərbaycanlı ölkəmizlə haqlı olaraq fəxr edir və Sizin xalqımızın maraqlarına söykənən daxili və xarici siyasətinizi dəstəkləyir.
Sizin xeyir-duanızla rayonumuzda “NərəMİZ” balıqyetişdirmə zavodunun açılması illər boyu çətinliklə çörəkpulu qazanan balıqçı kimi şəxsən məni və hər birimizi çox sevindirdi. Mən yeni zavodda işlə təmin olunmuşam. Sizin diqqət və qayğınız nəticəsində dolanışığımız yaxşılaşır, işə maraq artır.
Bizim üçün yaratdığınız bu şəraitə görə balıqçılar adından Sizə minnətdarlığımızı bildirir, Sizə və ailənizə cansağlığı, uğurlar arzulayıram.
Hörmətlə,
Məmmədov Fariz İsrafil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.